Şənbə , İyul 24 2021
Home / Texnologiya / Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə 3 pillə irəliləyib

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə 3 pillə irəliləyib

Bu ili iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 3 pillə irəliləyərək 122-ci yerdə qərarlaşıb.

MEDIAKTIV.AZ-ın “Speedtest Global Index”ə istinadən verdiyi xəbərə görə, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 25,59 MB/S olub.

Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 2 pillə irəliləyib və 37,11 MB/S sürətlə 66-cı pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 181 ölkənin adı var. Birinci yerdə Monako (260,74 MB/S), sonuncu yerdə isə Türkmənistan (4,49 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri 193,51 MB/S sürətlə birinci, Əfqanıstan isə 7,37 MB/S sürətlə sonuncu 137-ci yerdə qərarlaşıb.

Həmçinin oxuyun

Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı vaxt açıqlanıb

Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək. Bunu mətbuata “Azərmaş” ASC-nin İdarə …