Bazar , May 16 2021
Home / Texnologiya / Azərbaycanda Facebook istifadəçilərinin sayı nə qədərdir?

Azərbaycanda Facebook istifadəçilərinin sayı nə qədərdir?

   Çoxdandır sizlərlə paylaşmaq istədiyim mövzunu-Azərbaycanın sosial şəbəkə əhalisi haqqında statistikanı nəhayət ki, bu yazımda həyata keçirə bildim. Sosial şəbəkələrin heç şübhəsiz lideri Facebook artıq 10 ildən çoxdur ki, həyatımızdadır və onun nə olduğunu bilməyəni “dünyalı” adlandırmaq olmaz. Bu elə geniş portaldır ki, burada siz, Facebooku istifadə etdiyi təqdirdə (ki, etməməsi qəribəlik sayıla bilər ) 20 illik köhnə dostunuzu yenidən tapa bilərsiz.

   Bəs Azərbaycanın sosial şəbəkədə əhalisi nə qədərdir? İstifadəçilərin neçə faizi qadın, neçə faizi kişidir? kimi suallar sizi maraqlandırır mı? Əgər maraqlandırırsa, rahat əyləşin, çünki bu yazı tamda sizə görədir.

   Facebookda Azərbaycan ərazisi və IP-ləri üzərindən açılan hesabların sayı 2,3 milyona yaxındır. Bu isə ümumi əhalimizin beşdə birindən bir qədər çoxdur. Bu potensial istifadəçilərin 1,5 milyonu kişi və 780 mini qadındır. Lakin bu istifadəçilərin bəziləri şifrələri unudulduğundan və ya müxtəlif səbəblərdən istifadə olunmağından “ölü” hesablar olaraq qəbul olunur.

   Amma bununla belə gündəlik aktiv şəkildə Azərbaycan üzərindən Facebook istifadə edənlərin ümumi sayı 900 mindir. Bunun 600 mini kişilər və 300 mini isə qadınlardır.

   Hazırda 18-30 yaş intervalında olan günlük aktiv istifadəçilərin sayı 480 mindir və bunun 340 mini kişi, 140 mini isə qadındır. Maraqlı fakt burasındadır ki, Azərbaycanda 13-18 yaş intervalı aktiv 80 min Facebook istifadəçisi var ki, bunun da 57 mini oğlan, 23 mini qızdır.

   65 və üzəri yaş intervalındakı azərbaycanlı Facebook istifadəçilərinin ümumi sayı 12 min nəfərdir və bunun 7 mini kişi və 5 mini qadın istifadəçilərdir.

   İndi isə Azərbaycanda mövcud 2,3 milyon Facebook hesablarının ən çox olduğu bölgələrlə tanış olun.

Bölgə Ümumi istifadəçi sayı Kişi istifadəçilər Qadın istifadəçilər
Bakı şəhəri 1 500 000 960 000 530 000
Sumqayıt şəhəri 133 000 89 000 43 000
Gəncə şəhəri 70 000 46 000 24 000
Naxçıvan MR 37 200 29 000 8 200
Mingəçevir şəhəri 12 000 9 300

2 700

 

Həmçinin oxuyun

Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı vaxt açıqlanıb

Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək. Bunu mətbuata “Azərmaş” ASC-nin İdarə …