Çərşənbə axşamı , May 11 2021
Home / Texnologiya / Battlefield 1 rekorda doğru gedir

Battlefield 1 rekorda doğru gedir

    Yəqin ki, hamımız EA Games şikətinin məşhur oyun seriyası Battlefield haqqında bir şeylər eşitmişik. Battlefield 1942, Battlefield 2, Battlefield 3, Battlefield 4 sonra isə Battlefield Hardline oyunlarını istehsal edən şirkət, oyunçuların gözlədiyinin əksinə Battlefield 5 yox, Battlefield 1 oyununu yayımlayacağını keçən aylarda rəsmi şəkildə təsdiqləmişdi. Battlefield 1 PC (Steam), PS4, Xbox One üçün 21 Oktyabr 2016 tarixində rəsmi olaraq satışa çıxdı. Satışa çıxmağından hələ 2 gün keçməmiş artıq bütün oyun marketlərində satış rekordu qıran oyun ilk həftəsində belə çox satış etmiş oyunlar arasında ikinci yeri tutur. İlk yerdə isə Ubisoft şirkətinin Tom Clancy’s The Dicision oyunu var. Bu həftəki oyun satışlarında Battlefield 1 oyunundan sonrakı sıralama isə bu şəkildədir:

• Battlefield 1
• FIFA 17
• Mafia 3
• Gears of War 4
• Batman, Return to Arkham
• WWE 2K17
• Rise of the Tomb Raider: 20 Year Edition
• Forza Horizon 3
• Grand Theft Auto V
• Minecraft: Xbox Edition

Həmçinin oxuyun

Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı vaxt açıqlanıb

Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək. Bunu mətbuata “Azərmaş” ASC-nin İdarə …