Cümə axşamı , Sentyabr 17 2020
Home / Texnologiya / Çin 2021-ci ildə iki meteoroloji peyk buraxmaq niyyətindədir

Çin 2021-ci ildə iki meteoroloji peyk buraxmaq niyyətindədir

Çin gələn il “Fengyun-3E” (FY-3E) və “Fengyun-4B” (FY-4B) adları verilmiş iki meteoroloji peyk buraxmaq niyyətindədir.

MediAktiv.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, “Fengyun-3E” artıq orbitə yerləşdirilən meteoroloji qurğular qrupuna qoşulacaq və bu seriyada beşinci olacaq. Bundan əvvəlki “Fenqyun-3D” peyki 2017-ci ilin noyabrında buraxılıb.

“Sinhua” xəbər verir ki, yeni peyk qlobal ədədi hava proqnozunun dəqiqliyini və səmərəliliyini artıracaq.

Həmçinin oxuyun

“Facebook” yeni xidmət tətbiq edir

“Facebook” şirkəti ona məxsus sosial şəbəkəyə yüklənmiş şəkil və video fayllarını başqa servislərə, o cümlədən …