Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Texnologiya / Dünyanın ən böyük flaş kartı 2 TB informasiyanı özündə saxlaya bilir – Kingston DataTraveler Ultimate GT

Dünyanın ən böyük flaş kartı 2 TB informasiyanı özündə saxlaya bilir – Kingston DataTraveler Ultimate GT

    Flaş kart – enerji kəsildikə belə içərisindəki informasiyanı saxlaya bilən, elektronik olaraq içərisi dəyişdirilə, silinə və yenidən proqramlana bilən, USB portu ilə komputerə bağlana bilən və asanlıqla daşına bilən yaddaş qurğusudur.

   İstərdim ki, ilk öncə sizinlə birlikdə flaş kartın tarixinə qısaca nəzər salaq: İlk flaş kart 2000-ci ildə IBM və Sinqapurlu Trek şirkətləri tərəfindən satışa təqdim edildi. Bu flaş kartlar cəmi 8 MB informasiyanı saxlamaq qabiliyyətinə malik idi. Baş barmaq böyüklüyündə olan bu flaş karta “barmaq sürücü” “thumb drive” adı verildi.

   Artıq bildiyimiz kimi flaş kartlar həyatımızın ayrılmaz bir parçasıdır. Texnologiyanın çox sürətli inkişafı nəticəsində böyük informasiya saxlama həcminə və yüksək sürətli informasiya alma/ötürmə qabiliyyətinə malik olan flaş kartlar istehsal edilir. Bu sahədə ən böyük uğura dünyanın bir nömrəli xarici yaddaş qurğusu istehsalçısı Kingston şirkəti imza atdı. Bu şirkət nə az nə çox maksimum 2 TB informasiyanı özündə saxlaya bilən flaş kart istehsal etdi və buna DataTraveller Ultimate GT adını verdi. Bu flaş kart bizlərə 1 TB2 TB informasiya saxlama qabiliyyətinə malik iki növü ilə təqdim edilir. Eyni zamanda USB 3.1 Gen. 1 dəstəyi ilə çox yüksək sürətdə informasiya ötürülməsini təmin edir.

   Keyfiyyəti haqqında danışdıqda isə flaş kart möhkəm sink lehimli metal ilə örtülmüşdür. Əgər almaq istəsəniz əminliklə güvənə bilərsiniz.

    Kingston DataTraveler Ultimate GT spesifikasiyaları:

  • Yaddaş həcmi: 1TB, 2TB
  • Sürət: USB 3.1 Gen. 1
  • Ölçüsü: 72mm x 26.94mm x 21mm
  • İşləmə temperaturu: -25°C-dən 60°C-ə qədər
  • Yaddaş temperaturu: -40°-dən 85°C-ə qədər
  • Zəmanət: Pulsuz texniki dəstək ilə birlikdə 5 il
  • Uyğunluq: Windows 10, Windows 8.1, Windows 8, Windows 7 (SP1), Mac OS 10.9.x və daha üstü, Linux v.2.6.x və daha üstü, Chrome OS

  Kingston şirkəti Fevral ayından etibarən DataTraveler Ultimate GT flaş kartının satışa çıxarılacağını açıqladı.

  Dünyanın ən böyük informasiya saxlama həcminə malik olan flaş kartını faydalı hesab edirsənmi? O zaman paylaşmağı və şərh yazmağı unutma 🙂

Həmçinin oxuyun

“Skoda” Çexiyada avtomobil istehsalını dayandıra bilər

Çexiyanın avtomobil istehsalçısı şirkəti “Skoda” elektron komponentlərin çatışmazlığı səbəbindən oktyabrın 18-dən etibarən Çexiyadakı zavodlarında avtomobil …