Cümə axşamı , Aprel 22 2021
Home / Texnologiya / “Galaxy S8” – öncədən sifariş

“Galaxy S8” – öncədən sifariş

   Bu ilin 29 martında “Samsung Electronics” şirkəti gözlənilən flaqmanları “Galaxy S8” və “Galaxy S8+” smartfonlarının təqdimatını keçirdi.

   Oxu.az-dan aldığımız məlumata əsasən, rəsmi olaraq flaqman 5 may tarixindən satışa çıxarılacaq, lakin artıq sabahdan başlayaraq “Galaxy S8” və “S8+” smartfonlarını öncədən sifariş edə bilərsiniz.

  Qaydalar sadədir: “Samsung Electronics”in rəsmi tərəfdaşları olan “Baku Electronics”, “İrshad Telecom”, “Kontakt Home” və “Soliton” şəbəkələrinin satış nöqtələrində, smartfonun qiymətindən 50 AZN ödəyirsiniz və bir sıra üstünlüklər əldə edirsiniz.

  Birincisi, siz smartfona aprelin 29-dan sahib olacaqsınız (yəni, rəsmi satışdan bir həftə əvvəl). İkincisi, 64 Gb daxili yaddaşa əlavə olaraq 128 Gb həcmində “MicroSD” kartı hədiyyə alacaqsınız. Kampaniya aprelin 28-dək davam edəcək, smartfonların sayı isə məhduddur.

  Bu il biz tamamilə fərqli, mobil telefon bazarında yeni bir smartfonun şahidi olacağıq. Dəbli “Galaxy S8” dizaynda yeni bir trendin başlanğıcını simvolizə edir. Çərçivəsiz displeyin dairəvi küncləri, şüşə və metaldan hazırlanmış korpus dizayna tamamlanmış görünüş bəxş edir.

  “Galaxy S8” və “Galaxy S8+” göz bəbəyi skaneri (IRIS Scanner) ilə yanaşı, həm də barmaq izi skaneri və üz tanıma kimi təhlükəsizlik üsulları ilə təchiz edilib. Bununla da siz öz məlumatlarınızın təhlükəsizliyinə tam əmin ola bilərsiniz.

  Smartfonun əsas kamerası “Dual Pixel” və “Multi Frame” texnologiyasına malikdir. Bu isə o deməkdir ki, kamera hərəkətdə olan və zəif işıqlanan obyektlərin bir neçə şəkilini çəkir, vahid bir şəkilə birləşdirir, nəticədə şəkillər aydın və parlaq alınır. Həmçinin ön kamera smart avtofokusla təchiz olunub.

  “Galaxy S8” və “S8+” həm də yeni, iki xətli, yüksək keyfiyyətli AKG qulaqcıqları ilə təmin edilib.
İstifadə rahatlığına gəldikdə, smartfon su və tozdan İP68 standartı ilə qorunur (30 dəqiqə ərzində, şirin suda, 1,5 m dərinliyində). Bundan əlavə, smartfonlarda dünyada ilk dəfə olaraq 10nm prosessorundan istifadə olunub, bu da smartfonu inanılmaz dərəcədə güclü və sürətli edir.

  “Galaxy S8” – yüksək texnologiyaların avanqardında olan şəxslər üçündür. Öncədən sifariş kampaniyası da “Samsung Electronics” tərəfindən məhz belə insanlar üçün keçirilir.

Həmçinin oxuyun

2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb

“Volkswagen ID.4” hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub. MEDIAKTIV.AZ-ın məlumatına …