Şənbə , Sentyabr 19 2020
Home / Texnologiya / İctimai Wi-Fi ilə bu saytlara daxil olmaq təhlükəlidir — Mütəxəssis

İctimai Wi-Fi ilə bu saytlara daxil olmaq təhlükəlidir — Mütəxəssis

İctimai Wi-Fi-dan istifadə edərkən bəzi saytlara daxil olmaq təhlükəlidir.

MediAktiv.az xəbər verir ki, bu barədə  İT mütəxəssisi vəzifəsində çalışan Andrey Arsentyev danışıb.

Mütəxəssis bildirib ki, istifadəçi haqqında şəxsi məlumatları olan internet-portallara baş çəkmək və ya orada qeydiyyatdan keçmək kibercinayətkarlar tərəfindən məlumatın oğurlanmasına səbəb ola bilər.

GK İnfoWatch-in analitiki və xüsusi layihələrinin rəhbəri Arsentyev, istifadəçilərə ictimai şəbəkələr vasitəsilə poçt ünvanlarına daxil olmamağı tövsiyə edib.

Bundan əlavə, ekspert istifadəçilərə ictimai şəbəkəyə qoşularaq onlayn alış-verişdən çəkinməyi və sosial şəbəkə şifrələrini daxil etməməyi məsləhət görüb.Paylaş

Həmçinin oxuyun

“Facebook” yeni xidmət tətbiq edir

“Facebook” şirkəti ona məxsus sosial şəbəkəyə yüklənmiş şəkil və video fayllarını başqa servislərə, o cümlədən …