Çərşənbə , İyul 15 2020
Home / Texnologiya / Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Milli Basketbol Assosiasiyası (MBA) basketbolçulara “Oura Smart Ring” adlandırılan “ağıllı” üzük taxmağı tövsiyə edib.

MediAktiv.az xəbər verir verib ki, üzük koronavirus pandemiyasının simptomlarını aşkar edir.

Xəbərdə qeyd olunur ki, “ağıllı” üzük üç gün öncədən COVID-19 virusunu 90 faiz dəqiqliklə müəyyən etmək iqtidarındadır.

Bundan əlavə, üzük bədənin hərarətini, tənəffüs yollarının funksiyasını, ürək döyüntülərini izləyə bilir.

Qeyd edək ki, MBA-da müntəzəm çempionat martın 12-də dayandırılıb. Yarışın fərqli formatda iyulun 31-də bərpa olunması planlaşdırılır.

Həmçinin oxuyun

İnsanlarla ünsiyyət quraraq portret çəkən süni intellekt yaradılıb

Texnologiya və incəsənətin kəsişməsində olduqca maraqlı bir layihə İnsanlarla ünsiyyət quraraq onların portretlərini çəkən süni …