Bazar ertəsi , Oktyabr 26 2020
Home / Texnologiya / “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

“Nar” hər il olduğu kimi bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri mükafatlandırıb. Builki qəbul imtahanında 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayevə mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrəsi və zənglər üçün ödənişsiz balans təqdim edilib. 

İlin ən uğurlu və ən zəkalı abituriyentlərinə hədiyyələri “Azerfon”un baş icraçı direktoru Qunnar Panke təqdim edib. O, hər iki gənci təbrik edib və gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanları zamanı 700 bal toplamış abituriyentləri mükafatlandırmaq “Nar” üçün artıq ənənəyə çevrilib. Bu il qəbul imtahanlarında iştirak etmiş minlərlə gənc arasında ən böyük uğuru yalnız ikinizin qazanması sizin üçün bir stimul olacaq. Düşünürəm ki, sizin kimi dəyərli, savadlı və zəhmətkeş gənclər gələcəkdə yaxşı mütəxəssis olacaq. Bundan sonrakı həyatınızda böyük uğurlar qazanacağınıza, eləcə də dünyagörüşünüzü və bacarıqlarınızı daha da inkişaf etdirməklə cəmiyyətə böyük fayda verəcəyinizə inanıram”.

Qeyd edək ki, ən yüksək nəticə göstərmiş abituriyentlərin mükafatlandırılması tədbirinə bu il də “Modern.az” informasiya agentliyi informasiya dəstəyi verib.

Xatırladaq ki, “Nar” 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış 15, 2018-ci ildə isə 29 abituriyenti mükafatlandırmışdı.

Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı “nar.az” səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Həmçinin oxuyun

“Google”ın işində qüsurlar yaranıb

ABŞ-ın Google şirkətinin servislərindəki işində problemlər ABŞ, Latın Amerika, Asiya və Avropanın bir sıra ölkələrində …