Çərşənbə , Avqust 21 2019
Home / Digər / Araşdırma / NASA-dan tarixi kəşf – Yerdən kənarda həyat mənbəyi tapıldı

NASA-dan tarixi kəşf – Yerdən kənarda həyat mənbəyi tapıldı

Hər zaman Yer planeti xaricində həyatın olub-olmaması maraq dairəmizdə olub. Amma bəlkə də bütün bu illər ərzində yad planetliləri çox uzağımızda axtarmışıq. 

Belə ki, NASA dünənki açıqlamasıyla dünya xaricində də həyatın olmasına dair məlumatlar əldə etdiyini elan edib. Kəşfin mərkəzində isə Saturn və Yupiter planetləri durur.

Mediaktiv.az mynews.az-a istinadən bildirirki, əvvəlcə Saturnun peyki Enkaladusda nəzərə çarpan bir müşahidə əsasında araşdırma aparılıb və üst təbəqədə hidrogen qazı olduğu aşkarlanıb. Daha sonra əldə edilən bu məlumatlardan yola çıxılaraq növbəti peyk göndərilib və səthi buzla örtülmüş olan Enkaladus peykinin alt təbəqəsində okean olduğu kəşf olunub.

Eyni vəziyyət Yupiterin peyki Avropada da aşkarlanıb. Enkaladusdakı kimi üst təbəqədə hidrogen qazı, altında isə okean tapılıb.

Qısacası, eyni ilə dünyada olduğu kimi okean laylarında “bacalar” və bu “bacalar”ın çevrəsində kemosentetik yaşam üçün gərəkli olan hidrogen mənbəyi sayılan oksigen-azot-fosfor-sulfat birləşməsinin təbii bir reaksiya yaratması, bu çevrənin isə kimyəvi enerji mənbəyi kimi istifadə oluna bilməsi həyat üçün münbit şərait yarada bilər.

Bu okeanların dərinliklərində günəş işığına ehtiyac duymadan yaşaya bilən varlıqlar olması ehtimal edilir. Əslində bu gün üçün əldə olunan nəticə çox önəmli olmasa da, kiçik varlıqların yaşaması gələcəkdə insan həyatı üçün müəyyən şəraitin yaradıla bilməsi deməkdir.

Hətta belə bir ehtimal var ki, bəlkə də uzun illər bundan əvvəl bu planetlərdə çox inkişaf etmiş sivilizasiya yaranıb, lakin hansısa bir səbəbdən məhv olub.

Bütün bu araşdırmalar və varlığı ehtimal olunan yaşamın sübut olunması Yer planetinin başına gələ biləcək hər hansı hadisə zamanı yaşaya biləcəyimiz başqa “evimiz”in olması mənasına gəlir.

Həmçinin oxuyun

Araq min bir dərdin dərmanıdır-Alimlər etiraf edir

Qədim və zəngin tarixə malik Azərbaycanda ta qədimdən müalicə və sağlamlıq üçün xeyirli olan müxtəlif …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir