Bazar , May 9 2021
Home / Texnologiya / Naxçıvanda mobil rabitə xidmətinin dəyəri 2,1 faiz artıb

Naxçıvanda mobil rabitə xidmətinin dəyəri 2,1 faiz artıb

2019-cu ildə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 6 yeni poçt bölməsi yaradılmış, 3 poçt bölməsi isə yeni bina ilə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən  MediAktiv.az-a verilən məlumata görə, Culfa rayonunda 28 yeni nəsil telefon stansiyasının quraşdırılması davam etdirilmiş, yaşayış məntəqələrində 8 yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilmiş, muxtar respublika ərazisində, ümumilikdə, 99 min 435 metr fiberoptik, 176 min metrə yaxın rabitə xətləri çəkilmişdir.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikanın yaşayış ərazilərinin 99,5 faizində mobil internet, 99,1 faizində genişzolaqlı internet xidmətləri göstərilir. Ölkənin digər bölgələrində genişzolaqlı internet xidmətləri yaşayış ərazilərinin 75 faizini əhatə edir. Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilmişdir.
Bununla yanaşı, muxtar respublikada elektron statistikanın inkişafı və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi”nin elektron bazası və proqram təminatı hazırlanmışdır. 2019-cu ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ildəki müvafiq göstəricini 2,8 faiz üstələyərək 52 milyon 762 min 200 manat olmuşdur. Ümumi xidmətlərin 81 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2018-ci illə müqayisədə 2,1 faiz artmışdır.

Həmçinin oxuyun

Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı vaxt açıqlanıb

Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək. Bunu mətbuata “Azərmaş” ASC-nin İdarə …