Cümə , May 7 2021
Home / Texnologiya / Nissan Qashqai modelinin yeni nəsli iki hibrid qurğu ilə təklif ediləcək – VİDEO – FOTO

Nissan Qashqai modelinin yeni nəsli iki hibrid qurğu ilə təklif ediləcək – VİDEO – FOTO

Gələn il Nissan şirkəti Qashqai krossoverinin üçüncü nəslini təqdim edəcəkdir. Auto Express nəşrinin məlumatında görə, yeni krossover ən azından iki hibrid güc qurğusu ilə təklif ediləcəkdir.

Yeni nəsil Nissan Qashqai modelinin əsasını Renault-Nissan alyansının elektrikləşməni dəstəkləyən yeni CMF platforması təşkil edəcəkdir. Qashqai modeli üçün əlçatan olan ilk hibrid qurğu bu yaxınlarda Yaponiyada satılan Note modelində debüt etmiş e-Power qurğusu olacaqdır. Bu qurğuda daxili yanma mühərriki generator rolunu oynayır və təkərlərin hərəkətə gəlməsində birbaşa iştirak etmir. Qeyd etmək lazımdır ki, belə sxem adi hibridlə müqayisədə müəyyən üstünlüklərə malikdir. Məsələn, aşağı səs-küy səviyyəsi və elektrokarlara xas olan yüksək dartma qüvvəsi.

MediAktiv.Az autograph.az-a istinadən bildirir ki, ikinci hibrid qurğusu isə Mitsubishi tərəfidnən təqdim edilən məişət elektrik şəbəkəsinə qoşulan hibrid güc qurğusu (PHEV) olacaqdır. Mitsubishi şirkətinin qoşulan hibridlər sahəsində liderlərdən biri olduğunu nəzərə alsaq, Nissan şirkətinin doğru seçim etdiyini söyləmək olar. Belə qurğular ətraf mühitə atılan zərərli maddələrin aşağı səviyyəsi ilə seçilirlər. Məsələn, Mitsubishi Outlander PHEV modelində 1 kilometrə 50 qram tullantı atır.

“Biz e-Power texnologiyasını Avropada tətbiq etmək üçün tədqiqatlar aparırıq, – Nissan şirkətinin Avropa bölməsinin məhsul planlaşdırması üzrə vitse-prezidenti Ponz Pandikutira bildirib. – Avropa ilə Yaponiya arasında fərq şossedə hərəkət sürəti ilə bağlıdır. Yaponiyada şossedə 80-100 km/saat sürəti hərəkət etdiyiniz halda, Avropada bu sürət həddi 130-140 km/saatdır. Demək Avropda siz batareyanıə daha tez boşaldırsınız və generator daha çox işləməlidir. Bu isə sistemin qeyri-effektiv olması deməkdir”.

Bununla belə, yapon menecer PHEV modellərinin üstünlüyündən əmindir. O, qoşulan hibridlərin keçid texnologiyası olduğunu bildirib və yaxın gələcəkdə elektrokarlar üçün təklif edilən batareyaların ölçülərinin və tutumunun yaxşıya doğru dəyişəcəyindən əmindir.

Bundan başqa, yeni nəsil Nissan Qasqai modelinin mühərrik çeşidindən dizel aqreqatlarının çıxaralıcağı da ehtimal olunur. Əlbəttə ki, yeni Qashqai modelində ProPilot sisteminin daha qabaqcıl versiyasının tətiq ediləcəyi də bildirilir.

Həmçinin oxuyun

Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı vaxt açıqlanıb

Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək. Bunu mətbuata “Azərmaş” ASC-nin İdarə …