Çərşənbə , Avqust 21 2019
Home / Texnologiya / Nokia 6, Çin bazarından kənarda satışa çıxdı

Nokia 6, Çin bazarından kənarda satışa çıxdı

İlkin satış günlərində ön sifarişdə böyük səs-küyə səbəb olmuş Nokia 6 smartfonu, Çin bazarından kənarda da satışa çıxdı.

   Hələki rəsmi olaraq smartfonun yalnız Çin bazarı üçün nəzərdə tutulmasına baxmayaraq, smartfon, bir sıra digər online mağazalarda təqdim olunub. Belə ki, Nokia 6, Filippinin, Lazada adlı online mağazasında 370$ qiymətinə satışa çıxıb. Maraqlısı ondadır ki, Lazada saytında smartfon yalnız ağ rəngdə təqdim edilir. “HMD Global” şirkəti isə smartfonu yalnız qara rəng versiyasında anons etmişdi. Qeyd etmək lazımdır ki, Nokia 6, “HMD Global” şirkətinin Nokia brendi adı ilə təqdim etdiyi ilk modeldir. İstehsalçının sözlərinə görə sözügedən smartfon bu il təqdim olunacaq bir neçə Android modelindən birincisidir. Güman olunur ki, Nokia 6-nın beynəlxalq versiyası gələn ay Barselonada keçiriləcək MWC 2017 sərgisində təqdim olunacaq.

   Nokia 6, 5.5 inç Full HD ekran, Qualcomm Snapdragon 430 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 3000 mAh enerji tutumlu batareya, 16 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunmuşdur. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır.

Həmçinin oxuyun

NASA-dan tarixi kəşf – Yerdən kənarda həyat mənbəyi tapıldı

Hər zaman Yer planeti xaricində həyatın olub-olmaması maraq dairəmizdə olub. Amma bəlkə də bütün bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir