Cümə , İyul 23 2021
Home / Texnologiya / Pulsuz “Microsoft” təlim proqramı istifadəyə verilib

Pulsuz “Microsoft” təlim proqramı istifadəyə verilib

“Microsoft” şirkəti 25 milyon insana proqram tərtibatçısı, qrafik dizayner və məlumat analitiki bacarıqlarına yiyələnməyə kömək edəcək pulsuz təlim proqramını istifadəyə verib.

MediAktiv.az  bildirir ki, şirkətin məlumatına görə, artıq 2020-ci ilin sonunda koronavirus pandemiyasının səbəb olduğu böhrana görə işini itirənlərin əksər hissəsi öz ixtisasını artıra biləcək. Rəqəmli bacarıqlardan geniş istifadə iqtisadiyyatın sürətli bərpasında vacib addım olacaq.

Bildirilir ki, pulsuz proqram “Microsoft”un resurs və məlumatlarını, eləcə də “LinkedIn” və “GitHub” layihələrini birləşdirəcək. Onların statistikası əsasında şirkət tərəfindən ən çox tələb olunan 10 peşə və bacarığın hər birinin mənimsənilməsi üçün zəruri olanlar müəyyənləşdirilib. “Microsoft” bloqunda proqram təminatı tərtibatçısı, layihə meneceri, satış üzrə nümayəndə, rəqəmli marketinq üzrə mütəxəssis və qrafik dizayner kimi peşələr sadalanıb.

Proqramdan istifadə 2021-ci ilin sonunadək sərbəst olacaq. Təlim başa çatdıqdan sonra şirkət tərəfindən 15 dollarlıq ödəniş əsasında əldə olunan bacarıqların təsdiqi üçün keçilən kurs haqqında sertifikat təqdim ediləcək. Bundan başqa, proqram iştirakçıları şirkətin iş axtarışı üzrə alətlərindən pulsuz istifadə edə biləcəklər. Bütün resurslar “opportunity.linkedin.com” platformasında cəmləşəcək və dörd dildə – ingilis, fransız, alman və ispan dillərində mövcud olacaq.

Bundan əlavə, “Microsoft” böhrandan ziyan çəkən insanlara dəstək üçün qeyri-kommersiya təşkilatlarına 20 milyon qrant ayıracaq. Həmçinin şirkət hökumətlər tərəfindən iqtisadiyyatın yerli səviyyədə ehtiyaclarının daha yaxşı başa düşülməsi üçün onlara “LinkedIn Economic Grap” servisinin məlumatları əsasında analitik informasiya təqdim edəcək.

Həmçinin oxuyun

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə 3 pillə irəliləyib

Bu ili iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 3 …