Çərşənbə axşamı , Aprel 20 2021
Home / Texnologiya / Gələcəkdə bütün dünyanı xilas edəcək 3 kəşf

Gələcəkdə bütün dünyanı xilas edəcək 3 kəşf

    Aqibəti onsuz da yaxşılığıa doğru getməyən bəşəriyyəti gələcəkdə xilas edə biləcək üç sadə icadı təqdim edir:

  1-Su hazırlayan bilboardlar – Perunun Mühəndislik və Texnologiya Universitetinin mütəxəssislərinin icad etdikləri kiçik əşyalar gələcəkdə bütün bəşəriyyətin xidmətində olacaq. Bir neçə onillikdən sonra dünyada yaranacaq su qıtlığını nəzərə alsaq, həmin bilboardlar əls xilaskar rolunda çıxış edə bilər. Belə ki, xüsusi əşyanın sayəsində havadakı rütubəti, nəmi, bir sözlə buxar halında olan mayeni təmiz, iməli suya çevirmək mümkündür.

    2-“Ağırlıq lampası” – elektrik enerjisi olmayan yerlər üçün nəzərdə tutulub. Təsəvvür edin ki, bu lampanın yanması üçün nə elektrik, nə yanacaq, nə də batareyalar lazımdı. Yalnız ağırlıq qüvvəsinin sayəsində gələcəkdə insanlar qaranlığı işığa çevirə biləcəklər. Bunun üçün lampanın qoşulduğu nöqtəyə ağır cisimlə təmas etmək, qısaca desək, ondan nətisə asmaq lazımdı. Beləcə, yaranan ağırlıq kütləsi lampanı içə salacaq. Bu daha çox Afrikanın kasıb ölkələri üçün nəzərdə tutulub.

   3-Günəş enerjisini qəbul edən geyim – ABŞ dizayneri tərəfindən icad edilən geyim xüsusi mexanizmə malikdir. Belə ki, Genəş enerjisini alaraq, enerjiyə çevirir və onu başqa cismə ötürür. Beləliklə, gələcəkdə ən azından telefon və başqa texnoloji cihazların cərəyana qoyulmasını asanlaşdırmaq mümkün olacaq. Telefonun cərəyanı bitdisə, Günəş enerjisini özündə saxlayan cihaz onu telefona ötürəcək.

bizimyol.info

Həmçinin oxuyun

NASA yenidən helikopterinin Marsa ilk uçuşunu təxirə saldı

“Ingenuity” helikopterinin Marsda ilk uçuşu aprelin 14-dən tez olmayacaq. MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə ABŞ-ın …