Cümə , Aprel 23 2021
Home / Texnologiya / “Səhvən göndərilmiş mesaj silinə biləcək”- WhatsAppdan yenilik!

“Səhvən göndərilmiş mesaj silinə biləcək”- WhatsAppdan yenilik!

  Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi WhatsApp mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.

   Smartfon istifadəçisi əksər insanların istifadə etdiyi platforma səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.

   Mediaktiv.az ölkə.az-a istinadən xəbər verir ki, WhatsApp-ın ilk əvvəl tətbiq etdiyi “göndərilən mesajı ləğv etmə” xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.

   Ancaq bu yenilik daha bir addım irəli aparılaraq istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək.

  Həmçinin mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların iki tərəfli silinməsinə icazə verəcək.

Həmçinin oxuyun

2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb

“Volkswagen ID.4” hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub. MEDIAKTIV.AZ-ın məlumatına …