Bazar , May 31 2020
Home / Texnologiya / Samsungdan yeni ağıllı saat Galaxy Gear S3

Samsungdan yeni ağıllı saat Galaxy Gear S3

    Samsung Cənubi Koreya, ABŞ və Birləşmiş Krallıqda yenicə tanıtdığı möhtəşəm ağıllı saat olan Gear S3-ün gündəlik həyatda necə istifadə olunduğunu göstərən bir neçə videonu öz rəsmi Youtube kanalına yerləşdirib. “Rahatlıq və əyləncə üçün” şüarı altında tanıtdığı ağıllı saatı Samsungun özünə məxsus Tizen əməliyyat sistemi ilə işləyir.

    Samsung bu dəfə istifadəçilərinə Gear S3-ü iki variantda “Frontier” və “Classic” adı ilə təqdim edir. Hər iki model 1,3 düymlük Super AMOLED ekrana, 4GB yaddaşa, GPS və Samsung Pay-ı istifadə etmək üçün MST texnologiyasına sahibdir. Cihaz eyni zamanda müasir 4G şəbəkəsini istifadə etmək üçün LTE texnologiyasını dəstəkləyir.

    Aşağıdakı videoda da görəcəyiniz kimi cihaz saat funkisyasından əlavə zəng, bildiriş, zəngli saat, habelə təqvim, gps, oyun və post terminallarda ödəniş vasitəsi kimi istifadə oluna bilir. Buyurun videonu izləyin və nəticəni öz gözlərinizlə görün.

Videonu izləmək üçün…

 

Həmçinin oxuyun

“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır

ABŞ-ın “Google” şirkəti bu il “Google Station” layihəsinin icrasını dayandıracaq.  MediAktiv.az xəbər verir ki, bu barədə …