Cümə axşamı , Noyabr 21 2019
Home / Dünya / Sosial mediya / Skype-la bağlı bəd xəbər

Skype-la bağlı bəd xəbər

“Microsoft” korporasiyası iyulun 1-dən etibarən köhnə əlavələrə xidmətin göstərilməsini dayandıracaq. Bu siyahıya “Windows Phone 8” və ya “Windows Phone 8.1”, “Windows RT,  sistemləri ilə işləyən “Skype” əlavəsi, “Windows 10 Mobile” üçün proqram məlumatları daxildir.

Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, hazırda korporasiya “Skype”ın “P2P” platformasına qaytarılması üzərində çalışır. Bu, tam keçid olacaq. Əlavələrin dəstəklənməsinin dayandırılması ilə bağlı “Microsoft” istifadəçilərə müvafiq bildirişlər göndərməyə başlayıb.

Məlumata görə, elan sürpriz olmamalıdır, çünki korporasiya ötən il yuxarıda qeyd edilən platformaların dəstəklənməsinin başa çatmasını açıqlayıb. İyulun 1-dən sonra bu əlavələrdən istifadə zamanı bir neçə variant qalacaq: internet brauzerindən istifadə mümkün olmadıqda internet “Skype” proqramından yararlanmaq olar. Lakin platformaya daxil olmaq üçün yeni avadanlıq tələb olunacaq.

Aktiv “Microsoft” istifadəçilərini nəzərə almaqla belə qənaətə gəlmək olar ki, platformaların istifadəçi bazası çox azdır.

Həmçinin oxuyun

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin  lider mobil operatoru “Azercell …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir