Apple yeni iOS versiyasının çalışacağı cihazların siyahısını yayımladı. Siyahıda iPhone 5 və iPhone 5C’yə yer verilməməsi, bu modellərin önümüzdəki günlərdə Apple’in yeniləmə dəstəyini itirəcəyi mənasını verir.
Bazara sürdüyü məhsullar üçün təqdim etdiyi xidmətləri 5 – 7 il arasında bir müddət içində ləvğ edən Apple, bir məhsulun daha müddətini doldurmağa hazırlanır.
ABŞ mərkəzli texnologiya nəhəngi, iOS 10.3.2 yenilənməsi ilə iPhone 5 və iPhone 5C’yə verdiyi dəstəyi kəsə bilər.
Çünki iOS 10.3.2’ni dəstəkləyəcək cihazların siyahısını yayımlayan Apple, siyahıda iPhone 5, iPhone 5C və 4-cü nəsil iPad -a yer vermədi.
Görünən odur ki, Apple’in rəsmi xidmətləri, iOS 10.3.2’nin buraxılışının ardından istifadəçilər iPhone 5 və 5C’lərinə yeniləmə edə bilməyəcək.
Apple ötən ilin sentyabr ayında 2010-ci ildə istifadəyə girən və son illərdə yeniləmə dəstəyi ala bilməyən iPhone 4’lərə təchizat dəstəyi verməyi buraxmışdı.