Şənbə , Sentyabr 19 2020
Home / Texnologiya / Telegram Apple-a qarşı müharibə başladır

Telegram Apple-a qarşı müharibə başladır

Telegram şirkəti Avropa Komissiyasına Antiinhisar reqlamenti pozduğuna görə Apple-a qarşı iddia qaldırıb.


MediAktiv.az xəbər verir ki, bunun səbəbi App Store-da fəaliyyət göstərən tətbiqlərdən götürülən 30%-lik xidmət haqqıdır.

Müvafiq sənəd Avropa Komissiyasının ədalətli rəqabət şöbəsinin rəhbəri Marqret Vestagerə təqdim olunub. 

Sənəddə qeyd olunur ki, Apple yalnız App Store-dan deyil, həm də üçüncü tərəf platformalardan öz cihazlarına proqram yükləməsinə icazə verməlidir.


Qeyd edək ki, Telegram-ın iddiasından əvvəl, digər IT nəhəngləri, məsələn, Rakuten və Spotify oxşar bəyanatlarla çıxış ediblər. Şirkət App Store-da bütün tətbiqlərin satışından mənfəətin 30%-ni götürür.

Həmçinin oxuyun

“Facebook” yeni xidmət tətbiq edir

“Facebook” şirkəti ona məxsus sosial şəbəkəyə yüklənmiş şəkil və video fayllarını başqa servislərə, o cümlədən …