Cümə , Fevral 26 2021
Home / iqtisadiyyat / Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı artıb

Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı artıb

2019-cu ildə Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2018-ci illə müqayisədə 19,49 faiz artaraq 171,073 milyon dollar təşkil edib.

MediAktiv.az  xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2019-cu ilin noyabrında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2018-ci ilin noyabrı ilə müqayisədə 67,19 faiz artıb və 20,489 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin elektrik avadanlıqları ixracı 2018-ci illə müqayisədə 0,5 faiz azalaraq 11,242 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,2 faizini təşkil edib.

2019-cu ilin dekabrında Türkiyənin elektrik avadanlıqları ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 2,2 faiz artıb və 977,915 milyon dollara və ya ümumi ixracın 6,4 faizinə bərabər olub.

Həmçinin oxuyun

Bu il Azərbaycan 6 min tondan çox karbamid ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6,2 min ton azot gübrəsi ixrac edib. MEDIAKTIV.AZ Dövlət Gömrük …