Cümə , May 29 2020
Home / Texnologiya / WhatsApp ismarıclarınız başqaları tərəfindən oxuna bilər!

WhatsApp ismarıclarınız başqaları tərəfindən oxuna bilər!

   WhatsApp’ın ucdan-uca şifrələmə xüsusiyyətində bir arxa qapının olduğu gündəmə bomba kimi düşdü. Bu açıq üzündən WhatsApp mesajlarınız başqaları tərəfindən oxuna bilər!

   WhatsApp, 2016-ci ildə nəhayət ucdan-uca şifrələmə sisteminə keçid etmişdi. Ucdan-uca şifrələmə xüsusiyyəti sayəsində WhatsApp’daki ismarıclarınız şifrələnir və mesaj göndərilməsi əsnasında 3. bir adamın mesajları oxuması əngəllənirdi. iOS, Android, Windows Mobile və Web versiyalarında aktiv olaraq istifadə edilən ucdan-uca şifrələmə xüsusiyyətində bu gün bir açıq olduğu ortaya çıxdı.

   Gündəmə bomba kimi düşən WhatsApp ucdan-uca şifrələmədəki təhlükəsizlik açığı sayəsində əslində ismarıclarınızın tam mənası ilə şifrələnmədiyi gün üzünə çıxdı.

   WhatsApp sisteminin Berkeleydəki Kaliforniya Universitetindən bir şifrələmə və təhlükəsizlik araşdırmaçısı olan Tobias Boelter tərəfindən kəşf edilən əhəmiyyətli bir təhlükəsizlik açığı hesabatında, WhatsApp’ın ucdan-uca şifrələmədə bir arxa qapı buraxdığı göstərildi.

   Boelter ayrıca; WhatsApp’ın arxa qapısından ötəri Facebookun ucdan-uca şifrələnmiş məzmunu oxumasına icazə verə biləcəyini dilə gətirir. Bunun mənası; başqalarının sizin sosial şəbəkənizə, şifrəli ismarışlarınıza və dövlət qurumlarının məlumatlarını əldə etməsi deməkdir.

   Boelter; buna bənzər bir açığın köhnə NSA işçisi Edward Snowden’in tövsiyə etdiyi Signal tətbiqində də olduğunu vurğulayır. Mövzuyla əlaqədar hələ WhatsApp cəbhəsindən bir açıqlama gəlmədiyini ifadə edək.

Həmçinin oxuyun

“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır

ABŞ-ın “Google” şirkəti bu il “Google Station” layihəsinin icrasını dayandıracaq.  MediAktiv.az xəbər verir ki, bu barədə …