Cümə , Yanvar 22 2021
Home / Texnologiya / WhatsApp: İstifadəçilərin mesajlarını messencer və “Facebook” görmür

WhatsApp: İstifadəçilərin mesajlarını messencer və “Facebook” görmür

“WhatsApp” istifadəçilərinin bütün mesajları hələ də ucdan uca şifrələnmə (end-to-end encryption, E2EE) ilə qorunur, nə messencerin özü, nə də onun sahibi olan “Facebook” istifadəçilərin şəxsi zəngləri və mesajlarını görə bilmir.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə “WhatsApp”ın rəhbəri Uill Kedtkartın “Twitter”dəki açıqlamasında deyilir.

“Bəzi şayiələrə aydınlıq gətirmək istəyirik. 100% əmin ola bilərsiniz ki, şəxsi mesajlarınızı EAEE ilə qorumağa davam edirik”, – açıqlamada bildirilib.

“WhatsApp”ın məlumatına görə, konfidensiallıq siyasətinin yenilənməsi messencer vasitəsi ilə dostlara və ya ailə üzvlərinə göndərilən mesajların məxfiliyinə təsir göstərmir.

Xatırladaq ki, daha əvvəl “WhatsApp” messenceri istifadəçi razılaşmasını yeniləyib. Belə ki, messencer “Facebook” korporasiyasının bir hissəsi olaraq vərdişlərini və zövqlərini təhlil etmək məqsədilə istifadəçi haqqında lazımi məlumatları şirkətin bütün “tətbiq ailəsi” ilə bölüşəcək.

Həmçinin oxuyun

Türkiyədə “WhatsApp” və “Facebook”la bağlı araşdırma aparılır

Türkiyənin antiinhisar komitəsi “WhatsApp” və “Facebook” sosial şəbəkələrinə qarşı araşdırmaya başlayıb. MEDIAKTIV.AZ xəbər verir ki, məlumatı …