Şənbə , Noyabr 28 2020
Home / Texnologiya / Yaponiyada kompüter koronavirusa qarşı potensial dərmanlar aşkar edib

Yaponiyada kompüter koronavirusa qarşı potensial dərmanlar aşkar edib

Yaponiyada alimlər koronavirusa qarşı dərmanın tapılması üçün kompüterdən istifadə edib.

MediAktiv.az-ın məlumatına görə, “Fuaqaku” superkompüteri qurd vədigər parazitlərə qarşı istifadə edilən dərmanlarda koronavirusla mübarizə potensial aşkar edib.

Qeyd olunur ki, kompüter 2 mindən çox dərman preparatını təhlil edib. Məlum olub ki, bəzi preparatlar virusun çoxalmasına cavab verən fermentin fəaliyyətinin qarşısını ala bilir.

Bu dərmanlardan biri qurd və digər parazitlərə qarşı istifadə olunan niklozamid, digəri isə parazitar və virus infeksiyalarının müalicəsi üün istifadə olunan nitazoksanid preparatıdır.

Bu araşdırmannı nəticələri daha ətaflı təhlil üçün əczaçılıq şirkətlərinə təqdim olunacaq.

Həmçinin oxuyun

“Google”ın işində qüsurlar yaranıb

ABŞ-ın Google şirkətinin servislərindəki işində problemlər ABŞ, Latın Amerika, Asiya və Avropanın bir sıra ölkələrində …