Çərşənbə axşamı , Mart 2 2021
Home / Texnologiya / Yeni Audi RS3 də hibrid olacaq – FOTO

Yeni Audi RS3 də hibrid olacaq – FOTO

“Bərkgedən” Audi RS3 ailəsi 2,5-litrlik beş silindrli turbomühərrikə olan sadiqliyini qoruyub-saxlayacaqdır. Audi şirkətinin mühəndisləri turbomühərriki ən müasir ekoloji standartlara uyğunlaşdıracaqdırlar. Yeni güc aqreqatı yumşaq hibrid hissəyə və müvafiq olaraq artan güc xarakteristikalarına sahib olacaqdır. Yeni nəsil Audi RS3 modelinin debütü 2020-ci ilin sonund baş tutmalıdır.

MediAktiv.Az autograph.az-a istinadən bildirir ki, alman Autobild nəşri üçüncü nəsil Audi RS3 modelinin 48-voltluq şəbəkədən qidalanan hibrid sistem ilə təchiz ediləcəyini ehtimal edir. Bənzər sistemi Audi RS Q8, RS6 Avant və RS7 Sportback modellərində  tətbiq ediblər. Əlbəttə ki, Audi RS3 quattro tam ötürməsini və S tronic “robotunu” da qoruyub-saxlayacaqdır. Böyük ehtimalla, Audi RS3 modelinin mühərrikinin gücü 410 at qüvvəsi təşkil edəcəkdir. Audi RS3 Sportback modelinin 100 km/saat həddini dörd saniyədən az müddətə toplayacağı da gözlənilir.

Zahiri cəhətdən yeni Audi RS3 altıguşəli firma radiator barmaqlığına, kapot ilə radiator barmaqlığının arasındakı boşluğa və RS4 Avant modelinin üslubunda ön fənərlərə sahib olacaqdır. Eyni zamanda, yeni model sələfindən enli olacağı da gözlənilir.

Yeni nəsil Audi RS3 modelinin debütü 2020-ci ilin sonuna planlaşdırılıb. “Bərkgedən” modelin dəqiq debüt tarixi isə adi Audi A3 və “qaynar” S3 modellərinin tədimat tarixindən asılıdır. Alman jurnalistləri Audi RS3 modelinin qiymətinin 60 min avrodan başlayacağını proqnozlaşdırırlar.

Həmçinin oxuyun

Azərbaycanda koronavirusdan qoruyan elektron maska və süni tənəffüs aparatı hazırlanıb

Ötən il “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində …