Bazar ertəsi , İyul 26 2021
Home / Yaşam tərzi / Sağlamlıq / 150 cərrah ilk dəfə insan baş transplantasiyası əməliyyatı keçirəcək – VİDEO

150 cərrah ilk dəfə insan baş transplantasiyası əməliyyatı keçirəcək – VİDEO

    Dünyada ilk dəfə insan başı transplantasiyası əməliyyatı cari ilin dekabr ayına planlaşdırılıb.


       Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə The Merkle nəşri yazır.

      Əməliyyatı italiyalı cərrah Sercio Kanavero həyata keçirəcək. O bildirib ki, bu əməliyyatı 30 il ərzində planlaşdırıb və hətta riskə getməyə hazır olan könüllünü də tapıb.

        Kanaveronun ilk pasiyenti “Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı Valeri Spiridonovdur.

         150 cərrahın iştirak edəcəyi əməliyyat 36 saat müddətinə planlaşdırılıb.

         Əməliyyatdan sonra V.Spiridonov 3-4 həftə müddətinə komada olacaq.

 

 

 

 

Həmçinin oxuyun

B qrup vitamini çatışmadığını göstərən 6 əlamət

B qrupuna 7 vitamin daxildir, onlar ən energetik elementlərdir və kalorini enerjiyə çevirir. Bunlardan biri …