Çərşənbə axşamı , May 11 2021
Home / Yaşam tərzi / Sağlamlıq / Ağlama ay bala, kişi ağlamaz

Ağlama ay bala, kişi ağlamaz

    Bugün sizə bəlkə də hamımızın yaşadığımız ağlamaq hissi  haqqında yazacam. Təsadüfi deyil ki, insan dünyaya göz açandan ağlamağa başlayır. Amma bəzi insanlar xüsusən də oğlan uşaqları böyüyəndə istəsələr belə ağlaya bilmirlər çünki, lap əvvəldən uşaq yaşlarından onları ağlamağa qoymurlar. Deyirlər “Ağlama ay bala, kişi ağlamaz”. Onlar da öz ağlamağının qarşısını kəsir. Bunun nəticəsində artıq göz yaşı yox, burunları axmağa başlayır. İndi isə ağlamağın xeyirli tərəflərindən danışım. İlk öncə bunu diqqətinizə çatdırım ki, göz yaşı insan bədənindən müxtəlif zamanlarda ifraz olunur. Bunlara sevinc hissi zamanı ağlamaq, kədər hissi zamanı ağlamaq, gözə toz düşdükdə, soğan doğrayarkən və.s İnsan ağlayan zaman bədəndən zərərli kimyəvi maddələr xaric olur. Həmçinin ağlamaqla bədəndə stress yaradan maddələrdə azalır və stress aradan qalxır. Bu maddələr əsasən cavan insanlar üçün çox zərərlidir. Ağlamaq həm də təbii özünü müdafiə reaksiyasıdır və uşağın sağlamlığını qoruyur. Ağlamağın insan ömrünü uzatdığı da alimlərin son araşdırmalarında öz təsdiqini tapmışdır. Belə ki, ürəkdən ağlayıb ürəyini boşaldabilən insanların ürəyi sağlam olur və stresslə daha asan mübarizə aparırlar. Əslində deyirlər ki, qadınlar kişilərdən çox yaşayır sizcə, bunu nə ilə əlaqələndirirlər? Çünki qadınlar daha emosional olur və kişilərdən daha çox ağlayırlar. Kişilər arasında isə ağlayanlar nadir hallarda olur. Bunun nəticəsində onlar, emosiyalarını boşalda bilmirlər, nəticə də mənfi emosiyalar daxildə toplanır və tədricən insan sağlamlığı üçün təhlükələr törətməyə başlayır. Lakin çox ağlamağın da ziyanı var təbii ki.  Əgər insan müntəzəm olaraq ağlayarsa, bu bəzi insanlarda əsəb sisteminin gərginləşməsinə və insanın haldan düşməsinə səbəb ola bilər. Ümumiyyətlə insanlar ağladıqdan sonra özlərini fərqli hiss edə bilər. Bu hisslər insana görə yaxşı və ya pis ola bilər. Özünü pis hiss edən insanların başqa psixoloji problemləri də olması ehtimalı alimlər tərəfindən qeyd olunur. Ağlamağın insan gözəlliyinə də böyük faydası var. Göz yaşları balaca yaraları sağaldır və gözün altındakı dərinin qocalmasına imkan vermir.

Həmçinin oxuyun

B qrup vitamini çatışmadığını göstərən 6 əlamət

B qrupuna 7 vitamin daxildir, onlar ən energetik elementlərdir və kalorini enerjiyə çevirir. Bunlardan biri …