Bazar ertəsi , May 10 2021
Home / Yaşam tərzi / Film / Azərbaycan filmləri – Axırıncı aşırım

Azərbaycan filmləri – Axırıncı aşırım

  Məzmun: Film kinoromandır. Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.

    Film haqqında: 

  • Film aktrisa Kübra Əliyevanın kinoda ilk işidir.
  • Film yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında ekranlaşdırılmışdır.
  • Aktyor Yusif Vəliyevin Kərbəlayi İsmayıl obrazını səsləndirməsini obrazın ifaçısı Adil İsgəndərov məsləhət görüb.
  • Film Azərbaycan kinosu tarixində əsl kişi filmi adını almışdır.
  • Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlinski də, Kərbəlayı İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır.
  • Əbdül Mahmudov: … “Axırıncı aşırım” filmində Məlik Dadaşovun silləsindən aldığım zədə hələ də dodağımın kənarında çapıq şəklində qalmaqdadır. Hətta dişim də sınmışdı ki, onu da hələ düzəltdirməmişəm, olduğu kimi qalır”
  • Filmin ilk orjinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmır. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi olur. Bundan sonra Kamil Rüstəmbəyov filmdə dəyişiklik edir. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox Xudayarın qardaşı öldürür. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olunur. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən “Kərbəlayı Qəmlonu gəbərtdi” ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb.

   Filmin heyyəti: 

   Film üzərində işləyənlər

   Rollarda

Epizodlarda

Qeyd: obrazların adları titrlərdə qeyd edilməmişdir.

Filmi səsləndirənlər

Qeyd: filmi səsləndirənlər titrlərdə qeyd edilməmişdir.

Festivallar və mükafatlar

1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalı:

Həmçinin oxuyun

Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept

Çində ortaya çıxan və dünya əhalisini qorxu altında saxlayan koronavirusa qarşı türkiyəli alim Canan Karatay …