Çərşənbə axşamı , İyul 23 2019
Home / Yaşam tərzi / Moda / Bədən tipinə uyğun ətək seçimi

Bədən tipinə uyğun ətək seçimi

      “Hansı ətəyi geyinsəm yaraşar?” sualına hələ də cavab tapmamısınız? Qərarsız qalmısınız və artıq çəkili olduğunuzu düşünərək ətək geyinməyə cəsarət edə bilmirsinizsə, Aile.lent.az-ın bu məsləhətlərinə əməl edin. Bədən tipinizə uyğun ətək modellərini birlikdə seçək.

İncə və uzun xətlərə sahibsinizsə

     Yəqin ki, insanlar həmişə sizə çox şanslı olduğunuzu deyir. Nə geyinsəniz, gözəl yaraşır. Ətək ölçüsü də sizin üçün dərd deyil. Mini, midi formada kəsilmiş, ya da ayaq biləyinizə qədər uzanan və dərin yırtıqlı ətəklər tam sizə görədir. Ancaq uzun ətəkləri geyinərkən ayaq biləklərinizi tam örtməməsinə çalışın.

Uzun boylu və iri vücuda sahibsinizsə

    Uzun boyun üstünlüklərindən istifadə edərək artıq çəkinizi gizlədə bilərsiniz. Bunun üçün ayaq biləyinə qədər uzanan tünd rəngli ətəklər geyinin. Mini və midi ölçüdə ətəkləri məsləhət görmürük. Tünd rəngdə gen donlar sizi daha incə göstərəcək.

Qısa boylu və köksünüzsə

    Sizin üçün ən ideal ətək dizdə bitən ətək modelləridir. Çox uzun ölçüdə ətək geyinmək sizi olduğunuzdan da qısa və kök göstərəcək. Çox dar və mini ətəklər ayaq uzunluğunuzu qısaldacaq və ayaqlarınızı kök göstərəcək. Uzun ətək ölçüsünü daha çox donlarda seçin.

Qısa boylu və arıqsınızsa

    Mini və midi ətəklər sizi seksual göstərəcək. Tam əyninizə oturan və dizinizin bir qarış yuxarısında bitən ətək sizin üçün idealdır. Uzun ətəkləri geyinməyin. Uzun ətək sizi həm daha arıq, həm də qısa göstərəcək.

Həmçinin oxuyun

Azərbaycanda energetik içkilərin satışının məhdudlaşdırılması məsələsi qaldırılacaq – ARAŞDIRMA

Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Ölkədə insan orqanizmi üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir