Bazar , Sentyabr 19 2021
Home / Yaşam tərzi / Səyahət / Cənnətdən bir diyar

Cənnətdən bir diyar

    Vancouver Kanadanın Britaniya Kolombiyası əyalətində olan bir şəhərdir. Qərb Kanadanın ən böyük, ölkənin də üçüncü böyük metropolüdür. Fərqli etnik qrupların bir arada yaşadığı kosmopolit bir şəhərdir. Şəhər mərkəzinin əhalisi 2011 sayımlarına görə 603.000, metropolitan sahədə əhalisi isə 2.400.000’dir. 2011 əhali sayımlarına görə isə şəhər mərkəzinin əhalisi 603,502’dir və bu əhali Vancouver’ı Kanadanın ən böyük 8. bələdiyyəsi etməkdədir. Vancouver, Böyük Vancouver Bölgəsinin (Greater Vancouver Regional District) şəhərlərindən biridir. Vancouver Limanı dünya ölçülərində əhəmiyyətli böyüklükdədir. Bundan başqa Vancouver, Hollywood və New Yorkdan sonra Şimali Amerikadakı üçüncü film istehsal mərkəzidir. Vancouver, 2010 Qış Olimpiadaları, 2006 Birləşmiş Millətlər Təşkilatının Dünya şəhərsalma üzrə Forumu və 2007 FIFA Dünya 20 Yaş Altı Çempionatına ev sahibliyi etmişdir. 1870-ci illərdə qurulan şəhər, 1886-cı ildə şəhər statusu qazandı və İngilis Kral Dəniz Qüvvələri kapitanlarından Corc Vancouver’ın adını aldı. 1915-ci ildə Panama Kanalının açılmasından sonra şəhərdən Amerika qitəsinin şərq sahillərinə və Avropaya taxıl və taxta-şalban ixrac edilməyə başlandı. 1930-cu ildə artıq Kanadanın üçüncü böyük şəhəri və Böyük Okean sahilindəki ən əhəmiyyətli liman olmuşdu. Mediaktiv.az siz dəyərli oxucularına bu şəhərin gözəlliklərini təqdim edir:

Həmçinin oxuyun

Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept

Çində ortaya çıxan və dünya əhalisini qorxu altında saxlayan koronavirusa qarşı türkiyəli alim Canan Karatay …