Bazar ertəsi , Fevral 24 2020
Home / Yaşam tərzi / Moda / Dünya bu uşağı istəyir – milyonlardan imtina FOTOLAR

Dünya bu uşağı istəyir – milyonlardan imtina FOTOLAR

  Model agentlikləri “buz kraliçası” üçün növbəyə düzülüb

  Rusiyada yaşayan 8 yaşlı qız ən qabaqcıl model agentliklərinin diqqət mərkəzinə düşüb. Mediaktiv.az-ın İstiPress-ə istinadən məlumatına görə, 8 yaşlı Nadya Sibirdə valideynləri ilə birlikdə yaşayır. Nadya ağ saçları, farfor kimi dərisi ilə görənləri təəcübləndirir. Qızı kəşf edən isə bir fotoqraf olub. Vadim Rufovun internetdə yaydığı bir neçə fotodan sonra ailəyə iş təklifləri yağmağa başlayıb. Maraqlıdır ki, azyaşlı qız albinosdur.

Fotoqrafın sözlərinə görə, Nadya sənətə meyillidir. “Mənə görə iki saat yorulmadan poz verdi. Görüşməmizin ilk anından sanki illərdir bir-birimizi tanıyırmışıq kimi söhbətə başladıq”.

Qızın anası isə övladının yaşının az olduğunu deyərək böyük pullardan imtina edib. Onun sözlərinə görə, Nadya ailədəki yeganə albinosdur. “Böyüyəndə istədiyi işi seçər. İndi ondan soruşanda model olmaq istədiyini deyir. Hələlik işləmək üçün onun yaşıçox azdır”.

 

Həmçinin oxuyun

Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept

Çində ortaya çıxan və dünya əhalisini qorxu altında saxlayan koronavirusa qarşı türkiyəli alim Canan Karatay …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir