Cümə axşamı , İyul 9 2020
Home / Yaşam tərzi / Film / Ötən əsr Hollivud gözəllyinin simvolu

Ötən əsr Hollivud gözəllyinin simvolu

“Roma tətilləri” filmindən şahzadə Anna kimi tanıdığımız Odri Hepbern 87 il əvvvəl anadan olub
Mediaktiv.az Sputnik.az-a istinadən xəbər verirki, 1929-cu il mayın 4-də ingilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. “Roma tətilləri” (şahzadə Anna) “Hərb və sülh” (Nataşa Rostova), “Şarada” (Regina Lampert), “Tiffani ilə səhər yeməyi” (Holli Qolaytli), “Milyonu necə oğurlamalı” (Nikol Bonne) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hepbern Brüsseldə anadan olub. 1948-ci ildə isə Londona köçüb. Öncə Avropa filmlərində çəkilib. Yaxşı oyunu ilə Hollivudun diqqətini cəlb edib.  Odri Hepbern 1954-cü ildə “Roma tətilləri” filmindəki şahzadə Anna roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasında “Oskar” mükafatını alır və daha 4 dəfə bu mükafatın nominantı olur. Hepbern dövrünün ən çox qazanan kinoaktrisalarından olub və Qreqori Pek, Reks Harrison, Keri Qrant, Henri Fonda, Qeri Kuper, Uilyam Holden, Fred Aster, Piter O’Tul və Albert Finni kimi məşhurlarla tərəf müqabili olub. Odri Hepbern Amerika kinosunun möhtəşəm aktrisaları sırasında üçüncü yerdədir.

Həmçinin oxuyun

Məşhur brend yeni kolleksiyasına görə topa tutuldu — Üzr istədi

Məşhur “Loewe” brendinin yeni kolleksiyası etirazlara səbəb olub. MediAktiv.Az xəbər verir ki, dizaynerlərin bu dəfə …