Bazar ertəsi , İyul 26 2021
Home / Yaşam tərzi / Sağlamlıq / Heyvanın bilinməyənləri

Heyvanın bilinməyənləri

Heyva sərt, sarı rəngli, iri, içərisində xırda tumları olan üzəri tükcüklü meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızında dəyən meyvələrdən olan heyva mədə və bağırsaqları gücləndirir. Amma çox istifadə qəbzliyə səbəb ola bilər. Qanı təmizləyir, ürək çırpıntısına faydalıdır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı yararlıdır. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. O, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Heyvadan necə istifadə edilməlidir?

   Heyvanı adi halda yemək və həzm etmək çətindir. Bunun üçündə əsasən kompot və ya mürəbbəsinin qəbul edilməsi məsləhət görülür. Heyva tumunun dəmləməsindən əldə edilən su səsin tutulması, öskürəyə faydalıdır. Yarpaqlarından hazırlanan çay stresi azaldır. Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyini möhkəmləndirir. Bu dəmləmə baş ağırısınada faydalıdır. Ağızdakı yaralar, boğazda şişlik və ağrı olanda heyvanın özünü və ya yarpaqlarını qaynadıb qarqara etmək olar. Heyva A və B vitaminləri ilə zəngindir. Payızda yetişən bu meyvə mədə və bağırsaqları gücləndirir. Amma çox yedikdə qəbizliyə səbəb ola bilər. Bu qiymətli meyvə qanı təmizləyir. Temperaturu aşağı salır, stresə qarşı müsbət təsir göstərir. Qaraciyər, öd, ürək, qanaxmalar, mədə və bağırsaq xəstəliklərində misilsizdir. Kalorisi aşağıdır, yarpaqlarından qarqara edilməsi çox xeyirlidir. Kərə yağında bişirilən heyva; nəfəs yolu xəstəliklərinə, qalığı, ağır öskürəyə, bronxit və tüberküloz (vərəm) xəstəliyinə çox xeyirlidir. Heyva çiçəyi bal ilə qatılıb, udularsa, baş ağrısını kəsər.

Həmçinin oxuyun

B qrup vitamini çatışmadığını göstərən 6 əlamət

B qrupuna 7 vitamin daxildir, onlar ən energetik elementlərdir və kalorini enerjiyə çevirir. Bunlardan biri …