Çərşənbə axşamı , May 11 2021
Home / Yaşam tərzi / Moda / Payız modası

Payız modası

   Artıq havalar soyumağa başlayır. Soyuq və bir qədər də yağışlı havalar isti yay günlərini getdikcə geridə qoyur. Get-gedə dəyişilən hava durumu geyimimizdə özünü büruzə verir. Xüsusilə də xanımlar havanın necə olmasından asılı olmayaraq, heç zaman dəbdən geri qalmamağa çalışırlar.

   Payız tendensiyalarında maraqlı yeniliklər var. Təbii ki, payız mövsümündə geyimlərimiz artıq dəyişməyə  başlayır və  onların arasında üst geyimlərinin aktuallaşması müşahidə olunur. Əsasən də senytabr və oktyabr aylarının ortalarına qədər keçid dövrüdür. Havalar bir az soyuyur və üst geyimlərə tələb yaranır. Ona görə üst geyimləri çox incə parçadan olmalıdır, qalın olmamalıdır. Çünki birdən-birə qalın geyimə həm alışmaq çətin olur həm də mövsümə  görə  qalın geyim yaxşı görsənmir. Payız mövsümündə gödəkçələr daha çox dəbdə olur. Xüsusilə də idman üslubunda müxtəlif nazik dəri gödəkçələr bu ilin dəbidir. Plaş tipli uzun üst geyimləri, eləcə də o geyim tərzi yenidən dəbdə olacaq. Belə geyim üslubuna “trenc” deyilir. Bu keçid mövsümü üçün kətan, ipək parçadan hazırlanan “trenc”lər, yəni yarımplaşlar aktuallaşacaq. Adətən daha sonrakı aylar üçün geyimlər ənənəvi plaş materiallarından hazırlanır. Və ona görə bu tip üst geyim növləri aktual olacaq. Həm də bununla paralel, trikotaj və ya kaşmir jaketlər, trikotaj şallara tələbat artacaq.

   Payız mövsümündə hətta çiçəkli motivlər yenə də geyimlərdə aktual olacaq. Adətən çiçəkli motivlər bahar-yay mövsümünə aiddir. Amma tünd parçaların, tünd rənglərin üzərində çiçəkli naxışlar çox aktual olacaq. Bundan əlavə, folklor motivləri, müxtəlif etnik naxışlar da dəbə minəcək. Ətəyin kuponunda, kantında müxtəlif naxışlar çox aktual tendensiyadır. Müxtəlif həndəsi zolaqlar və həndəsi fiqurlarlarla bəzədilmiş parça növləri bu sezonun dəbi olacaq. Ümumiyyətlə, zolaqlar dəb halını alacaq. Bir geyimdə 3-4 fərqli rənglərdə zolaq müşahidə olunacaq. Amma bu rənglər bir-birinin arasında həmahənglik təşkil etməlidir. Bunlar ümumi geyim tendensiyalarıdır.

   Klassikaya gələndə təbii ki, payız və qış mövsümü üçün klassik geyimlər daha çox aktual olub. Ona görə ki, iş fəaliyyəti başlayır. Şəhər stili daha çox aktullaşır. Və kalssik geyimlərə üstünlük daha çox verilir. Amma bu mövsümdə klassika daha da fərqli görünəcək. Müxtəlif detallar müşahidə olunacaq. Məsələn, ənənəvi pencək-şalvar dəstində biz hardasa cizgilərin dəyişdiyini müşahidə edəcəyik. Yenidən daha bol, ətək tipli ispanyol paça şalvarlar dəbdə olacaq. Pencəklər daha çox bədənə oturan formada, qollarında, yaxalarında müxtəlif avanqard detallar müşahidə olunacaq. Manjetlər, yaxalıqlar fərqli olacaq. Və ətəklərin uzunluğuna gələndə isə payız mövsümündə ənənəvi, dizdən dörd barmaq aşağı ətək daha çox aktual olacaq.

   Bu sezon ayaqqabılarda, çantalarda, kəmərlərdə dəyişikliklər müşahidə olunacaq. Daha çox belə oturan paltarlar dəbdə olacağı üçün istər-istəməz qalın kəmərlər dəbdə olacaq. Kəmərlərin rəngləri dəyişib, ənənəvi qara, boz rəngdə kəmərlər, ağ, çəhrayi, bənövşəyi kəmərlərlə əvəz olunacaq. Bu da müstəqil detal kimi çox maraqlı görünür.

Ayaqqabıların formaları da artıq bir neçə  ildir ki dəyişilib. Ənənəvi, klassik “şpilka” dediyimiz incə daban, hardasa qalın və bir az əyri cizgili daban, daha kobud görsənən bir növü əsgər ayaqqabısına bənzəyən növlər moddadır. Bir sözlə, avanqard ideyalar həm geyimlərdə, həm də ayaqqabılarda müşahidə olunur. Son illərdə çantaların həcmi daha böyük təqdim olunur. Portfel tipli çantalar sezonun dəbi olacaq. Bu şəhər stili üçün ən aktual variantdır.

Digər geyim növləri ilə bərabər, əlavə olaraq şarf, papaq və jiletlər də aktuallaşacaq. Xüsusilə də, gənclərin sevimlisi olan cins jiletlər öz aktual yerini qoruyub saxlayacaq.

Payız mövsümündə şarflar da böyük bir elementdir. Şarflar iki funksiya daşıya bilər. Kaşmir parçalardan şarflar həm bəzək fünksiyasını yerinə yetirə bilər, həm də soyuqdan qorunmağımıza xidmət edəcək. Şərflər həm boğazın incəliyi göz önünə  gətirir, həm də həm də üst geyimlə uyğunlaşdırıldıqda son dərəcə modern kombin görsənir.

Jiletlər çox aktuallaşacaq. İdman üslubundan müxtəlif jiletlər əlavə üst geyim kimi, ya da klassik ansamblı tamamlamaq üçün seçiləcək. Cins jiletlər üst geyimdə bluzla müşahidə olunacaq. Cins geyimlərində daha çox dekor artımı müşahidə olunur. Dekorlar klassik cins stilinə əlavə olunacaq. Məsələn, cins geyimin üzərinə çiçəkli motivlər və ya hər hansı bir digər parçadan bəzək işləri, ora əlavə oluna bilər. Bu da retro-hip stilinə aid bir istiqamətdir.

   Ümumiyyətlə, müşahidələr göstərir ki, həmişə bizdə insanlar papaqlara üstünlük vermirlər. Bu düzgün deyil. Başı yayda istidən, qışda soyuqdan qorumaq lazımdır. Ona görə müxtəlif şlyapalardan, toxunma papaqlardan, hansısa bir papağa uyğun parça növlərindən, süni dərilərdən, xəzlərdən olan papaqlardan istifadə etmək lazımdır. Və onu geyimlə sintez etmək lazımdır. Təbii ki, hər geyimə uyğun bir papaq almaq düzgün deyil. Bir neçə sizə yaraşan papaq növlərini alıb taxmaq olar.  Həm rəngə, həm dəbə  fikir verərək almaq lazımdır ki, həm payız mövsumünə həm də qış mövsümünə  uyğun olsun. Məsələn, fransız stilinə aid olan beretkalar düzgün seçimdir və son dərəcə dəbdədir. Mənimm fikrimcə  bir az yaradıcı olmaq lazımdır. Qarderobdakı köhnə geyimləri yeni tendensiya ilə uyğunlaşdırmaq mümkündür. Köhnə geyimlər artıq bir neçə ildən sora yenidən dəbə  gəlir. Bunun üçün bir balaca yaradıcı düşünmək lazımdır.

   Çalışmaq lazımdır ki, əvvəlki qarderobda olan geyimləri yeni ideyalarla, tendensiyalarla sintez edək. Ona görə ki, qarderobu dərhal dəyişmək mümkün deyil. Köhnə geyimləri dəyişmək yox, sadəcə yenidən kombinasiya etmək olar. Hətta heç təzə yeni geyim almadan da əvvəlki qarderobumuzdan olan geyimləri yeni ideyalarla dəyişmək mümkündür. Hər hansı bir pencəyimizə, jiletimizə yeni dekor əlavə edə bilərik. Hətta özümüz də öz geyimlərimizi bəzəyə bilərik. Belə ki, biz geyimlərin üzərinə tikmələr, düymələr əlavə edə bilərik. Şəxsi yaradıcılıq həmişə geyimləri yeniləşdirir.

Həmçinin oxuyun

Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept

Çində ortaya çıxan və dünya əhalisini qorxu altında saxlayan koronavirusa qarşı türkiyəli alim Canan Karatay …