Cümə , Dekabr 13 2019
Home / Yaşam tərzi / Sağlamlıq / Qolda yetişdirdikləri qulağı başa nəql etdilər

Qolda yetişdirdikləri qulağı başa nəql etdilər

      2016-cı ilin noyabr ayında qol toxumasından qulaq çıxarmağı bacaran Çinli Plastik Cərrah Guo Shuzhong və yoldaşları, qolda yetişdirdikləri süni qulağı, avtomobil qəzasında sağ qulağını itirən xəstəyə nəql etdi.

     The İndependent‘də verilən xəbərdə, Çinli plastik cərrah Op. Dr. Guo Shuzhong’un, xəstəsinin qolunda yetişdirdiyi qulağı başına nəql etməyi bacardığı məlumatı verildi.

      Dr. Guo, Çindəki yerli bir mediyaya, 2015’dəki bir yol qəzasında üzünün sağ tərəfinə ciddi zərbələr alaraq qulağını itirən xəstəsinin, aylarla qolunda yetişdirdiyi qulağı başına nəql etdiklərini və qan axışını təmin edə bildiklərini ifadə etdi.

    Shuzhong, xəstənin qığırdaq və qabırğa sümüyündən aldığı nümunələrlə yeni bir qulaq yaratdı.

   Xəstənin qolunda meydana gəlməyə başlayan orqanın formalaşmasından sonra, qulaq xəstənin başına nəql edildi.

     Çinli cərrah, ölkəsində ilk üz nəqli edən həkim ünvanını da daşıyır.

     Dr. Shuzhong, qulaq transplantını digər xəstələrində da tətbiq edərək, bu texnikaya liderlik etməyi ümid etdiyini bildirib.

Həmçinin oxuyun

Məşhur həkim dönərlə bağlı həyəcan təbili çaldı

Türkiyəli kardioloq Canan Karatay son illərin ən çox istifadə edilən və ucuz qiymətə satılan yeməyi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir