Çərşənbə , Noyabr 20 2019
Home / Yaşam tərzi / Sağlamlıq / Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir?
a senior man winces at the pain in his hand

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir?

Əl titrəməsi vücudda başlayan hansısa xəstəliyin ilkin əlaməti ola bilər. Bu hal insana günlük həyatında yetəri qədər maneçilik törədir. Stres, həyəcan, həddindən çox kafein qəbulu, fiziki yorğunluq əl titrəməsinə səbəb olan faktorlar sırasındadır.
Memorial Antalya Xəstəxanasının nevrologiya üzrə mütəxəssisi Sevin Balkan istirahət vəziyyətində və ya hərəkət əsnasında qeyri-iradi olaraq meydana gələn əl titrəməsini əl şişi adlandırıb. Həkimin sözlərinə görə, əl titrəməsinin ən çox görülən növü həyəcan, əsəbilik, qorxu kimi hisslərdir: “Sakitləşdikdən sonra titrəmə keçirsə, bu, fizioloji tremor sayılır. Çox rast gəlinən bir başqa növü isə esansiyel tremordur. Adətən təktərəfli başlayır, daha sonra isə digər ələ keçir. Başlanğıclarda duyğusal vəziyyətlərdə yaransa da getdikcə artır.
Müalicə edilmədikdə ayaqlar, baş, çənə, dil, səs kimi vücudun digər hissələrinə yayılmağa davam edir. Adətən 40 yaşından sonra yaransa da, xəstəlik daha gənc yaşlarda da meydana çıxa bilər. Belə xəstələrin 20 faizində Parkinson xəstəliyi müşahidə edilir”.
Parkinson xəstəliyi nədir?
Xəstəliyin əlamətləri tək və ya ikitərəfli əl titrəməsidir. Daha çox 60 yaşdan yuxarı şəxslərdə rast gəlinir. Nadir olsa da gənclərdə də müşahidə edilir. Titrəmə adətən təktərəfli, istirahət halında, baş və işarət barmaqda başlayır. Bəzən isə əl yazısında kiçiltmə, düzgün yeriməmə, hərəkətlərdə yavaşlama və s. baş verə bilər. İllər ərzində titrəmə arta bilər.
Həkim bildirib ki, qan şəkəri aşağı enən zaman da əl titrəməsinə rast gəlinə bilər.
“Yeməkdən 2-3 saat sonra bu mənzərənin yaranması mümkündür. Əlavə olaraq baş gicəllənmə, halsızlıq kimi hallar da yarana bilər. Belə xəstələrin endokrinoloq mütəxəssisinə müraciət etməsi vacibdir”, – deyə Balkan vurğulayıb.
Əl titrəməsi aşağıdakı hallarda daha çox yaranır:
Spirtli içkidən istifadə
Beyincik xəstəlikləri
Beyin-damar xəstəlikləri
B12 vitamin çatışmazlığı.
Müalicə üçün titrəmənin əsas səbənini tapmaq vacibdir. Buna uyğun olaraq dərman qəbulu, botoks, cərrahi müdaxilələr tətbiq olunur. Cərrahi müdaxilələrə adətən dərmanlar effekt vermədikdə müraciət olunur.Medicina.az

Həmçinin oxuyun

İnnabın bilmədiyimiz inanılmaz – FAYDALARI

Azərbaycanda innab bitkisi çox qədim zamanlardan becərilir. Bu bitkinin 50-dən artıq növü var. Qurudulmuşundan dərmanlar, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir