Şənbə , Sentyabr 19 2020
Home / Yaşam tərzi / Sağlamlıq / Bu tanınmış öskürək dərmanı apteklərdən çıxarılır – Ürəyə ziyan vurur!

Bu tanınmış öskürək dərmanı apteklərdən çıxarılır – Ürəyə ziyan vurur!

Tez-tez istifadə olunan öskürək dərmanı Erespal Fransa və daha sonra Rusiyada satışdan çıxarılır.

Erespal Servye (Fransa) farmasevtik kompaniyası tərəfindən buraxılır.

MEDİAKTİV saglamolun.az-a istinadən bildirir ki, yeni araşdırmalar göstərib ki, Erespalın qəbulu ürək ritminin pozulmasının (aritmiya) riskini artırır.  

Mütəxəssislər hal hazırda bu dərmanı qəbul edən insanlara qəbulu dayandırmağı və onu digər preparatla əvəz etməyi tövsiyə edirlər.

Mütəxəssislər qeyd edir ki, əvvəllər bu preparatı qəbul edən insanlar narahat olmaya bilər. Preparatın ürəyə olan mənfi təsiri yalnız qəbul zamanı mümkündür.

Həmçinin oxuyun

Azərbaycanda daha 76 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb …