Bazar ertəsi , İyul 13 2020
Home / Yaşam tərzi / Sağlamlıq / Çürük diş infarkt riskini artırır

Çürük diş infarkt riskini artırır

Amerikalı alimlərin araşdırmalarına görə, dişlərin sağlamlığı ilə insan orqanizminin ən həssas orqanı hesab edilən ürəyin birbaşa əlaqəsi var. Belə ki, ürək-damar xəstəliklərinin yaranması, inkişafı da məhz bununla əlaqəlidir.

ABŞ alimləri gün ərzində dişlərin 3 dəfə təmizlənməsini dəstəkləməsə də, diş əti və ağız boşluğunun müntəzəm olaraq həkim nəzarətində yoxlanılmasının insan sağlamlığı üçün önəmli olduğunu deyir.

Bunun ürək-damar xəstəliklərinə yol aça biləcək bir çox faktoru aradan qaldırdığı deyilir.

Damaq xəstəliklərinin ürək problemlərinə səbəb olması elmə məlumdur. Lakin insanlar bu iki patologiyanın əlaqəsinin səbəbini izah edə bilmirdi. Mütəxəssislərin son araşdırması zamanı isə məlum olub ki, bu halda əsas “günahkarlar” ağız boşluğunda yaşayan streptokok bakteriyalardır. Damaq xəstəliklərinin yaranmasına səbəb olan mikro orqanizmlər damaqdan (qanama halları zamanı) qana keçir. Qana keçən mikro orqanizmlər qanda xüsusi zülal əmələ gətirir ki, bu da trombositlərin yapışmasına (laxtalanmaya) səbəb olur. Məhz bu üsulla bakteriyalar özünün müdafiəsini təmin edir. Lakin bakteriyalar ətrafında müdafiə səddi yaradan trombositlər immun sistemini qorumağa çalışır. Zülal isə trombositlərin yapışqanlığını artırır və bununla da ürək xəstəlikləri inkişaf edir.Publika.az

Həmçinin oxuyun

Qarpız yedikdə orqanizmimizdə nələr baş verir?

Yay mövsümünün gəlişi ilə istehlak edilən meyvə-tərvəzlər də çoxalır. MediAktiv.az bildirir ki, qidalanma və pəhriz mütəxəssisləri …