Çərşənbə , Oktyabr 23 2019
Home / Yaşam tərzi / Sağlamlıq / İnnabın bilmədiyimiz inanılmaz – FAYDALARI

İnnabın bilmədiyimiz inanılmaz – FAYDALARI

Azərbaycanda innab bitkisi çox qədim zamanlardan becərilir. Bu bitkinin 50-dən artıq növü var. Qurudulmuşundan dərmanlar, şərbətlər, çaylar hazırlanır. Hələ iki min il bundan qabaq innab müalicəvi əhəmiyyəti ilə məşhur olub. Hindistanda innabdan bəlğəmqovucu, sinə yumşaldan vasitə kimi daha çox istifadə edilir. İnnab ağacının kökünü qaynadıb suyunu qızdırmanı salmaq üçün içirlər. Koreyada innabın toxumundan yuxugətirici vasitə kimi istifadə edilir.

Beləcə onun əsəbsakitləşdirici təsiri sübuta yetir. Çətin həzm olunduğundan, şəkərlə yanaşı istifadə edilir. İnnabda aşağıda qeyd olunan maddələr vardır: karotin, C vitamini, şəkər 60 %-ə qədər, üzvi turşular 1,6 % və pektin maddələri və s. Bundan başqa meyvələrdə yod birləşmələri də müəyyən edilib. İnnabın yarpaqları da faydalıdır. İnnab bitkisinin yarpaqları sadə, növbə ilə düzülmüş, çılpaq və parlaq yaşıldır. İnnab meyvəsi müxtəlif formada: armudvari, silindrik, dəyirmi, çəlləkvari, yumurtaşəkilli və geniş konus şəkilli olur. Meyvələrin dadı şirin, turşa şirin olur.Onların yumşaq sarımtıl ləti vardır. Meyvə qırmızı, açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olur. Meyvənin bir ədəd çəyirdəyi var. İnnab meyvəsinin tərkibində tanin, zülal, P vitamini, pektin maddələri, C vitamini, müxtəlif turşular və çoxlu mikroelementlər vardır. İnnab meyvəsində olan rutin maddəsi insanın qan təzyiqini aşağı salır. Sərinləşdirici xassəyə malikdir. Boğaz və sinəni yumşaldır, böyrək, qaraciyər üçün münasibdir, təmiz və saf qan yaradır. Bir qədər gec həzm olunur və köp əmələ gətirir.

Onu gülabda isladıb yemək həzmi asanlaşdırır. Cinsi fəaliyyəti zəiflədir. İnnabı iskəncəbi ya kasnı arağı ilə bişirib işlətmək ödü yüngülləşdirir, qan təzyiqini tənzimləyir. İnnab günəşdə qurudularaq hazırlanan, iri meyvələri olan və çərəz kimi çayla təqdim edilən son dərəcə ləzzətli və faydalı şəfalı bitkidir. İnnab çiçəkləri bal arıları üçün yararlı qidadır. Belə xüsusiyyətlərinə görə innab meyvələrindən yeyinti sənayesində və təbabətdə geniş istifadə edilir. İnnab bitkisinin müsbət xüsusiyyətlərindən biri də onun məhsula faraş düşməsidir. Bağda əkilmiş ting ikinci il məhsul verir. İnnab bahar aylarında xoş qoxulu sarı rəngli çiçəklər açır. İlk başlarda yaşıl ikən yetişkinləşdikcə qırmızıya və qara-bənövşəyi rəngə dönür. Əsasən innab senyabr ayının 15-dən oktyabr ayının əvvəlinə qədər yetişir. İnnabı plasmas qablarda saxlamaq məsləhətli deyil. Çünki innabların tərkibi dəyişə bilər. Qanın təmizlənməsinə və durulmasına yaxsı təsir göstərir. Yaxşı olar ki, innabı qaranlıq yerdə, ya üstü örtülü halda saxlamaq lazımdır. Rəngi tünd olanları ayrı rəngi narıncı olanları isə başqa qaba yığmaq məsləhətlidir.

Çünki hərəsinin özünə məxsus dadı var. Belə halda siz innabları yaya qədər saxlaya bilərsiniz. Hər zaman əlinizin altında təzə innab olacaq. Bu üsulla iydəni də qışa saxlaya bilərsiniz. Bəlğəm problemini innab yox edər. Böyrək xəstələri duz yeməyi azaldaraq innab meyvəsini yeməlidir, çünki sidikqovucu xüsusiyyəti vardır. Bağırsaqları işlədir. Bədənə rahatlıq verir. Şəkər xəstələrinin rahatlıqla yeyə biləcəkləri bir meyvədir. Uşaqların bəslənməsində də mütləq yemələri lazım olan bir qidadır. Bronxit, asma kimi ağciyər xəstəliyinə qarşı faydalıdır. Özünüzü yorğun və əldən düşmüş hiss edirsinizsə, innab sayəsində enerjinizə qovuşa bilərsiniz. Xüsusilə qış aylarında davamlı öskürən, soyuqlayan, qrip olan kəslərdə innab son dərəcə müalicə edici xüsusiyyətinə malikdir. İnnab qandakı mikrobları təmizləyir. Tez-tez qəbz olursunuzsa, innab yemək məsləhətdir, bu zaman bağırsaqlarınız normal şəkildə işləməyə başlayacaq. Xolesterol və damar xəstəliklərinə qarşı və bir sıra faydaları vardır. İnnab meyvəsi 21 gün müalicə məqsədilə səhər ac qarnına 2 ədəd meyvə yeyilə bilər. İnnab yarpağının çayından bronxit, asma, mədə və bağırsaq narahatlıqlarında istifadə edilir.

Həmçinin oxuyun

Azərbaycanda qriplə bağlı vəziyyət açıqlandı

Hər il olduğu kimi, bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip …