Cümə , Aprel 3 2020
Home / Yaşam tərzi / Sağlamlıq / Noyabrın 25-dən 29-dək “Dərman təhlükəsizliyi həftəsi” elan edilib

Noyabrın 25-dən 29-dək “Dərman təhlükəsizliyi həftəsi” elan edilib

Dünya Səhiyyə Təşkilatının Uppsala Monitorinq Mərkəzi (Uppsala Monitoring Centre) bu il noyabrın 25-dən 29-dək “Dərman təhlükəsizliyi həftəsi” elan edib. Təhlükəsizlik həftəsi dünyanın 57 ölkəsində dərman vasitələrinə nəzarət edən səlahiyyətli orqanların birgə təşəbbüsüdür.

MediAktiv.Az azərtac-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il keçirilən kampaniya eyni zamanda bir çox dərman vasitələrinin düzgün istifadə edilməsi ilə əlaqədardır və əsas məqsədlərindən biri əlavə təsirlərin bildirilməsinin bir neçə növ dərman qəbul edən pasiyentlərin bu sahədə təhlükəsizliyinin təmin olunmasında vacib amil olduğunu ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu il keçirilən sosial media kampaniyasında iştirak edəcək və Bildiriş Kartı vasitəsilə əlavə təsirlərin bildirilməsinin əhəmiyyətini dəstəkləyəcək.

Polifarmasiya (çox dərman istifadə etmək) eyni vaxtda dörd və ya daha çox reseptli, reseptsiz və ya ənənəvi dərman vasitəsinin istifadə olunmasını nəzərdə tutur. Dərman vasitələri ilə qidalar və ya bitki mənşəli məhsullar arasında olan qarşılıqlı təsirlərdən artan risklər səbəbindən polifarma pasiyentlərdə əlavə təsirlərin yaranma ehtimalını artırır. Yaşlı insanlarda polifarmasiya çox geniş şəkildə müşahidə olunsa da, müntəzəm olaraq bir çox dərman vasitələrindən istifadə edən hər kəs əlavə təsirlərə məruz qala bilər. Uzun müddət davam edən xroniki xəstəliyi olan və mütəmadi olaraq çoxlu dərman vasitəsi qəbul edən pasiyentlər də həmin siyahıya daxildir.

Tədqiqatlar göstərir ki, 75 yaşdan yuxarı olanların üçdə biri ən az altı dərman qəbul edir, bir milyondan çox insan gündə səkkiz və ya daha çox dərman qəbul edir. Bununla əlaqədar olaraq “Dərman təhlükəsizliyi həftəsi” şübhəli əlavə təsirləri Bildiriş Kartları vasitəsilə aşkar edərək dərman təhlükəsizliyinə dəstək vermək məqsədi daşıyır.

Həmçinin oxuyun

Kartof şirəsinin İNANILMAZ FAYDALARI

Kartof şirəsinin inanılmaz faydaları açıqlanıb. MediAktiv.az -ın xəbərinə görə, rusiyalı dietoloq Marqarita Koroleva “Sputnik” radiosuna …