Şənbə , İyul 31 2021
Home / Yaşam tərzi / Sağlamlıq / ÜST Avropada COVID-19-dan ölüm hallarının artacağını proqnozlaşdırır

ÜST Avropada COVID-19-dan ölüm hallarının artacağını proqnozlaşdırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, payızda Avropa ölkələrində yeni növ koronavirusdan ölənlərin sayı artacaq.

MediAktiv.az xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.

“Daha çətin olacaq. Oktyabrda, noyabrda ölüm hallarının sayının artacağı gözlənilir”, – o deyib.

Qeyd edək ki, daha əvvəl ÜST dünən dünyada rekord sayda gündəlik koronavirusa yoluxma halı qeydə alındığını bildirmişdi. Qurum sentyabrın 13-də dünyada 307 930 yeni COVID-19 halı aşkar edildiyini xəbər vermişdi.

ÜST-ün məlumatına görə, 14 sentyabr tarixinə dünyada 28,6 milyondan çox insana koronavirus diaqnozu qoyulub. 917,4 min insan virusdan ölüb.

Həmçinin oxuyun

B qrup vitamini çatışmadığını göstərən 6 əlamət

B qrupuna 7 vitamin daxildir, onlar ən energetik elementlərdir və kalorini enerjiyə çevirir. Bunlardan biri …