Çərşənbə axşamı , Oktyabr 15 2019
Home / Yaşam tərzi / Sağlamlıq / Xaşın faydaları

Xaşın faydaları

Xaşın insan orqanizmi üçün xeyirli bir yemək olduğunu bilirik. Amma bu yeməyin dəri problemlərinə də inanılmaz faydası olduğu ortaya çıxıb.

Bu barədə türkiyəli fitoterapiya mütəxəssisi Ümit Aktaş məlumat verib.

O deyib ki, xaş və sümük suyundan hazırlanan şorba dərini sıxlaşdırmaqda təsirli kollagen maddəsi ilə zəngindir: “Kollagen bədənimizin ayaqda durmasını təmin edən maddədir. Kollagen olmasa, ətlərimiz, sümüklərimiz və əzələlərimiz yığılıb qalar. Bu maddə eyni zamanda dəri sağlamlığı baxımından da vacibdir. Qadınlar anti-aging – dəri cavanlaşdırma tərkibli bahalı kremlər alırlar. Bunun əvəzinə həftədə 2-3 dəfə xaş içsələr, dəriləri daha gözəl olacaq. Xaş həmçinin qış aylarında artan xəstəliklərə qarşı da təbii qalxan vəzifəsi görür. Demək olar ki, adıçəkilən xörəklər tam bir vitamin qaynağıdır. Amma bu xörək mütləq  xeyli qaynadılaraq bişirilməlidir. Həmçinin burada iliklər də çox faydalıdır və onu da yemək lazımdır. Bu yeməyə sirkə və sarımsaq da qatılarsa, faydaları saymaqla bitməz”.Ailem.az

Həmçinin oxuyun

İnnabın bilmədiyimiz inanılmaz – FAYDALARI

Azərbaycanda innab bitkisi çox qədim zamanlardan becərilir. Bu bitkinin 50-dən artıq növü var. Qurudulmuşundan dərmanlar, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir