Şənbə , Dekabr 14 2019
Home / Yaşam tərzi / Sağlamlıq / Yay aylarının “Dadlı bəlası” – Dondurma

Yay aylarının “Dadlı bəlası” – Dondurma

Yay dedikdə ağıla ilk gələn şeylərdən biri də dondurmadır. Satışda dondurmaların müxtəlif çeşidləri olsa da, keyfiyyəti nə dərəcədə yaxşıdır, bunu söyləmək çətindir. Belə ki, antisanitar qaydada hazırlanan, vaxtı keçmiş, əridikdən sonra yenidən dondurulub satışa çıxarılan dondurmalar var.

Bir dəfəyə dondurmanı 200 qramdan artıq yemək məsləhət görülmür. Artıq yeyilərsə, bədən temperaturu aşağı düşə, insan ölə bilər.

Standartlara uyğun olaraq, meyvəli-giləmeyvəli və aromatik dondurmalar – 1,5 ay, südlü dondurmalar – 1 ay, plombir dondurmalar 2 ay müddətində mənfi 180 dərəcədən yüksək olmayan temperaturda saxlanılmalıdır. Əks təqdirdə, dondurma zəhərlənmə verə bilər.

Mediaktiv.az Milli.az-a istinadən bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, satışda olan hər dondurmanı yemək olmaz: “Dondurmanın satış şəbəkəsində saxlanma müddəti 30 gündən artıq deyil. Dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verməlidir. Dondurmanın etiketində buraxılma tarixi, son yararlılıq müddəti, saxlanma şəraiti, kaloriliyi, istehsal müəssisəsinin adı, telefonu, ünvanı olmalıdır. Standartın nömrəsi göstərilməlidir. Standartlara görə dondurmanın yağlılığını normaya salmaq və yaxud artırmaq üçün yalnız kərə yağı qarışdırıla bilər”.

E.Hüseynov bildirib ki, dondurmanın baha olması o demək deyil ki, o keyfiyyətlidir. “Biz demirik ki, baha dondurma yaxşı, keyfiyyətli dondurmadır. Lakin qiymət də dondurma haqqında müəyyən fikir söyləməyə əsas verir”. (publika.az)

Həmçinin oxuyun

BMT-nin Baş katibi: tibb xidmətləri hər kəs üçün əlçatan olmalıdır

Dekabrın 12-də Beynəlxalq Tibb Xidmətləri ilə Ümumi Əhatə Olunma Günü qeyd olunub. Bu münasibətlə BMT-nin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir