Çərşənbə , Avqust 21 2019
Home / Yaşam tərzi / Səyahət / Bura canlılar üçün cənnətdir

Bura canlılar üçün cənnətdir

Kosta Rikada yerləşən bu sığınacaq heyvansevərlər üçün əsl cənnətdir. “Territorio də Zaguates” adlı sığınacaq “Başıboşların ərazisi” mənasını verir.

Mediaktiv.az Publika.az-a istinadən xəbər verir ki, könüllülər tərəfindən idarə olunan və heyvanların qəti şəkildə öldürülmədiyi sığınacaq Santa Barbaranın təpələrindən birində qurulub.

Buradakı itlərin az qala hamısı küçə itləridir. Axtalanmış itlərin günlük həyatı buraya gələn ziyarətçilərlə birlikdə ətrafı gəzmək və oyunlar oynamaqdır.

Əgər itin sahibi ola bilmirsinizsə, sığınacağa istədiyiniz zaman gedib itlərlə meşədə gəzmək mümkündür. “Territorio də Zaguates” bütün dünyaya nümunə olan, həm itlərin, həm də insanların əmin-amanlıqda olduğu qeyri-adi bir sığınacaqdır.

Həmçinin oxuyun

ŞAD XƏBƏR – Artıq şəxsiyyət vəsiqəsi ilə xaricə səyahət edə biləcəksiniz

Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər. Mediaktiv.az-ın Reportyor.tv-yə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir