Bazar , May 31 2020
Home / Yaşam tərzi / Sağlamlıq / Yatmamışdan öncə telefonla oynamayın

Yatmamışdan öncə telefonla oynamayın

   Uzun müddət elektron cihazların ekranında qəbul edilmiş işıq şüaları uşaqlarla yanaşı, böyüklərdə də yuxunun keyfiyyətinə ciddi təsir göstərə bilər. Bunu bir-biri ilə əlaqəsi olmayan iki ayrı araşdırmanın nəticəsi müəyyən edib.

    Smarfonlar və planşet kompyuterlər hər birimizin həyatına sürətlə daxil olmaqdadır. Bu sürət o qədər yüksəkdir ki, alimlər indiyədək onların təsirlərini araşdırmağa imkan tapmamışdılar.

Kaliforniya Universitetinin araşdırması yetkinlik yaşına çatmış 653 insanı 30 gün ərzində izləyərək onların ekrana baxdıqları saatı və müddəti qeydə alıb. Bundan sonra araşdırmaçılar həmin şəxslərin yuxu keyfiyyətini və davamlığını tədqiq edib.

    Ancaq indi həm Kaliforniya Universitetinin, həm də London King’s Kollecinin araşdırmaçıları deyir ki, yatmaq vaxtına yaxın belə cihazlardan istifadə yuxusuzluğa səbəb ola bilər. Əvvəlki araşdırmalar təsdiq edib ki, yuxu pozuntusu insanda diabetə və depressiyaya yol açır.

      London King’s Kollecinin 4 qitədə həyata keçirdiyi 20 araşdırmanın nəticəsi isə göstərir ki, uşaqların yataq otağında hər hansı onlayn cihazın olması onlara çox ziyandır. Belə ki, bu şərait uşaqların yuxusuna ciddi təsir göstərir.

     Alimlər qeyd edir ki, yalnız valideynlər, müəllimlər və səhiyyə rəsmilərinin əlaqələndirilmiş yanaşması, yatmamışdan öncə uşaqların onlayn cihazlardan istifadə həvəsinin qarşısını ala bilər.

Həmçinin oxuyun

Kartof şirəsinin İNANILMAZ FAYDALARI

Kartof şirəsinin inanılmaz faydaları açıqlanıb. MediAktiv.az -ın xəbərinə görə, rusiyalı dietoloq Marqarita Koroleva “Sputnik” radiosuna …